2014-ün ilk siyasi ayrılığı - - Müsavat getdi...

2014-un-ilk-siyasi-ayriligi-
Oxunma sayı: 3632


Müsavat Partiyası Milli Şuranı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, dünən Müsavat divanın keçirdiyi iclasda bu haqda qərar qəbul edilib. Bu barədə Müsavat Partiyasının Divan üzvü, keçmiş millət vəkili İkram İsrafil Facebook hesabında məlumat yayıb.

“Müsavat Partiyasının Divanı dünənki iclasında qəbul etdiyi qərarla Milli Şurada təmsilçiliyimizə son verdi. Müsavatin ciddi qərarları hər zaman olub”.

Qeyd edək ki, İkram İsrafil facebookdakı sözügedən statusu silib. Lakin partiyanın digər funksionerləri "Qafqazinfo"ya bildiriblər ki,yaxın vaxtlarda bu barədə Müsavat rəsmi məlumat yayacaq.