46 yaşlı kişinin meyiti tapıldı

46-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1447

Sumqayıtda 46 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün saat 21 radələrində 1978-ci il təvəllüdlü Babayev Əbil Müseib oğlunun meyiti şəhərin 76-cı məhəllə adlanan hissəsindəki nömrəsiz yeni tikilidə aşkar edilib. Onun qəfil vəfat etməsi bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.