"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı-Quba yolunun 22-ci kilometrliyində “MERCEDES-BENZ” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılmış və daha sonra “NİSSAN” markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “NİSSAN” markalı minik avtomobili ağır deformasiyaya uğramışdır. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində vəfat edib.
Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:06-da başa çatıb.
Sosial şəbəkələrdə paylaşılan həmin kadrları təqdim edirik və xahiş edirik ki, əsəbi zəif olanlar izləməsin!
Son xəbərlər
Son Xəbərlər