"Qafqazinfo" xəbər verir ki, bununla bağlı tərcüməçi-yazar Nadir Qocabəyli AzNews.az-a açıqlamasında bildirib ki, onun həmin müsabiqədə əvvəlcə iştirak etmək fikri olmayıb: “Bu müsabiqə elan ediləndə onun şərtləri haqda iradlarımı bildirdim, çünki şərtlər məni qane etmirdi. Mən 20-dən artıq roman tərcümə edən tanınmış tərcüməçiyəm. Tərcümələrimin hamısı çap olunub. Həmin müsabiqəyə hansısa tələbə bir hekayə tərcümə edib verəcək və nəticədə birinci yerə layiq görüləcək. Elə bu baxımdan müsabiqədə iştirak etmək fikrim yox idi. Ancaq həmin Tərcümə Mərkəzindən mənə zəng vuraraq çap olunmayan roman istədilər: Mən Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanının bir hissəsinin tərcüməsini onlara təqdim etdim. Düşündüm ki, onlar mənim həmin müsabiqədə iştirak etməyimi istəyirlər. Müsabiqənin şərtlərinə uyğun olaraq onlara gördüyüm işlərin də siyahısını təqdim etdim”.
N.Qocabəyli iddia edir ki, o, Azərbaycanda ən yaxşı tərcümə nümunələrinə malik bir tərcüməçi kimi tanınır: “Mənə ən cox toxunan odur ki, mən bu ölkədə 20 tərcüməçidən biriyəm. Tərcümə etdiyim kitablar ölkədə ən yaxşı tərcümə nümunələri kimi hesab olunur Bunu oxucular deyir. Mən “Qanun” nəşriyyatı ilə işləyirəm. Bu müsabiqə necə aparılıb? Onu hansı münsiflər oxuyub və qiymətləndirib? Qaliblərin kimliyi hələ bilinmir. Amma artıq 20-lik bəlli olub. Sonra da 10-luq bəlli olacaq. Onun arasından isə1, 2 və 3-cü yerlərin sahibləri seçiləcək. Mən 20-yə belə düşmədim. Bu, absurd şeydir. Necə mən 20-yə düşmədim? Bu, hansı meyarlarla ölçülüb? Mən bunu özümə təqhir sayıram. Qarşı tərəfdən isə açıqlama verən yoxdur”.
Qeyd edək ki, Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuddur.
Son xəbərlər
Son Xəbərlər