Ağ Ev görüşün saatını açıqladı

ag-ev-gorusun-saatini-aciqladi
Oxunma sayı: 4213

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ankoricdə görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu məlumat Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlində bildirilir.

Cədvəldə həmçinin göstərilir ki, Bakı vaxtı ilə saat 18:45-də Tramp Ağ Evdən Alyaskaya, Ankoricə yola düşəcək.