Ağalarovlarla iş birliyindən 10 milyarddan çox qazanacaq

agalarovlarla-is-birliyinden-10-milyarddan-cox-qazanacaq
Oxunma sayı: 3783

Amerikalı reper Kanye Uest Rusiyaya səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Billboard” nəşri yazıb.

Məlumata görə, musiqiçi bu il Moskvaya gedəcək. Hip-hop ifaçısı biznesini Rusiyada genişləndirməyi planlaşdırır. Reper “Crocus Group”un sahibi Araz Ağalarovla iş birliyi qurmaq istəyir.

Bundan başqa, o, Azərbaycanın Xalq artisti Emin Ağalarovla musiqi kollaborasiyası həyata keçirmək niyyətindədir.

Hazırda K.Uest yeni işgüzar sövdələşmələr üzərində işləyir. Reper hesab edir ki, bu, onun sərvətini 10 milyard dollardan çox artıracaq.