Ağstafada ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Böyükkəsik-Saloğlu yolunda qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil idarəetməni itirərək aşıb.
Ölən şəxs Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədovdur.
Avtomobildə olan daha bir nəfər isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, A.Məmmədov yaxın günlərdə diplom alıbmış və bunu dostları qeyd etmək istəyirmiş.
Faktla bağlı araşdırma aparılır.
***
Ayxan Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə veteranları cəmiyyətinin Ağstafa rayon şöbəsinin müdiri Arif Məmmədovun oğlu imiş. O, ailənin tək oğul övladı olub.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər