Almaniyadan Türkiyə əleyhinə qərar - “Erməni soyqırımı”nı tanıdı

almaniyadan-turkiye-eleyhine-qerar-
Oxunma sayı: 5782

Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Qafqazinfo” xəbər verir ki, Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. 

Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.

Qeyd edək ki, bir il bundan əvvəl Almaniya prezidenti ötən əsrin əvvəlində baş verən olayları “söyqırım” adlandıran ən yüksək rütbəli Almaniya rəsmisi olmuşdu.

Türkiyənin qətnaməyə sərt reaksiya verəcəyi gözlənilir.