Ana 6 yaşlı qızının döyülərək öldürüldüyünə görə həbs olundu

ana-6-yasli-qizinin-doyulerek-oldurulduyune-gore-hebs-olundu
Oxunma sayı: 7937

6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası tutulub.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki,  əməliyyatı Abşeron RPİ əməkdaşları həyata keçirib. Nəticədə iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.

Qeyd edək ki, ilkin yayılan  məlumatlarda Ramilənin anası qızının avtomobil vurması nəticəsində öldüyü bildirmişdi. Sonradan DİN-in həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qızın döyülərək öldürüldüyü ortaya çıxmışdı. Onu öldürən şəxs isə anasının sevgilisi olduğu iddia edilən Elnur Hacıyevdir.

E. Hacıyev də elə həmin gün saxlanılmışdı.