Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz

artiq-kuceye-elektron-icaze-aldiqdan-sonra-cixa-bileceksiz
Oxunma sayı: 20074

"Vətəndaşlar elektron qaydada icazə aldıqdan sonra küçəyə çıxa biləcəklər".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

O bildirib ki, vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bildirib ki, yaxın saatlarda küçəyə çıxmaqla bağlı icazə qaydaları açıqlanacaq: "Bu barədə hələ ki, danışmaq tezdir".

Murad Əhməd