Avropa liderlərini topladığı görüşün - Fotoları

avropa-liderlerini-topladigi-gorusun
Oxunma sayı: 4732

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Avropa ölkələrinin liderləri ilə görüş keçirib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Ukrayna lideri Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni və Avropa Komissiyasının sədri Ursula von der Leyen iştirak edib.

Tərəflər danışıqlar zamanı Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə ediblər. Tramp görüş zamanı Rusiya və Ukraynanın müsbət nəticəli irəliləyişlər əldə edəcəyinə inandığını vurğulayıb.

Həmin görüşdən fotoları təqdim edirik: