Azərbaycanda dəhşətli faciə - Ölənlərin sayı artır, 10-dan çox yaralı+ Video+yenilənib

azerbaycanda-dehsetli-facie-
Oxunma sayı: 22223

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.

***

ATV.az saytı isə qəzada 11 nəfərin həlak olması ilə bağlı xəbər yayıb.

***

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı "Qafqazinfo" ya məlumat verib. Bildirib ki, ilkin məlumatlara əsasən qəza nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb:"Əməkdaşlar hadisə yerindədir. Əlavə məlumat veriləcək".

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, qəza nəticəsində iki nəfər ölüb, on nəfərin vəziyyəti isə ağırdır: “Vəfat edən hər iki şəxs kişidir. Yaralılar isə Sumqayıt təcili yardım stansiyasına aparılıb. Hazırda onlardan bir neçəsi əməliyyata alınıb”.

***

Cenubnews.com saytının məlumatına görə, Bakı-Sumqayıt yolunda baş vermiş qəzada ölənlər Masallı rayonu Qarğalıq kənd sakinləri Abdullayev Amil Ələsgər oğlu və Cəfərov Elnur Sücayət oğludur.

***

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

***

 "Qafqazinfo" Cenubnews.com xəbər verir ki, qəza törədən mikroavtobus “Embawood” şirkətinə məxsusdur.

***

Hazırda "Qafqazinfo"nun əməkdaşı Sumqayıt Şəhər Xəstəxanasındadır. Həkimlər artıq ölənlərin sayının 5 nəfər olduğunu bildiriblər.