Azərbaycanda mobil nömrə - 80 min manata satılır

azerbaycanda-mobil-nomre-
Oxunma sayı: 9179

Azərbaycanda 80 000 manata “zerkalnı” nömrə satışa çıxarılıb. Ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi Azərcell mobeil operatoruna məxsusdur.

“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı elan tap.az saytında yerləşdirilib.

Qaya Əliyev adlı istifadəçi elanda qeyd edib ki, 050-777-77-77 mobil telefon nömrəsini 80 000 manata satır. O bildirib ki, bu, son qiymətdir.

Qeyd edək ki, “zerkalnı” mobil telefon nömrələri daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.