“Azərbaycanda yeni telekanal yaradılır”

azerbaycanda-yeni-telekanal-yaradilir
Oxunma sayı: 5177



MTRŞ sədri Nuşirəvan Məhərəmli Trend-ə açıqlamasında deyib ki, indiyə qədər xarici telekanalların Azərbaycanda yayımı test yayımı idi: "Xarici kanalların Azərbaycanda yayımı ilə bağlı dövlət hər hansı bir məsuliyyət daşımır. Xarici kanalların yayımı ilə ancaq özəl şirkətlər, kabel televiziyaları məşğul ola bilərlər, eyni zamanda, xarici kanalları peyk antenaları vasitəsilə istənilən adam tuta bilər, amma dövlət yalnız yerli kanallarla bağlı məsələni gündəmdə saxlayır və onu da həyata keçirir".

N.Məhərrəmli əlavə edib ki, mətbuatda bəzən bununla bağlı qeyri-müəyyənliklər hiss olunur: "Sosial paket anlayışı da xaricdən gəlmədir. Hansı ölkədəki televiziya kanallarının sayı çox olur, yəni 40, 50 və ya 60 telekanal var, orada sosial paket yaradılır və içindən ən vaciblərini seçib əhaliyə pulsuz verirlər. Azərbaycan da isə ümumrespublika televiziya kanallarının sayı cəmi 10-a yaxındır. Bizim cəmi bir paketimiz var, ona da sosial paket demək olmaz, yəni Azərbaycanda bir paket var və əhali də ona pulsuz baxacaq".

Aztəminatlı ailələrə dekoderlərin verilməsi məsələsinə toxunan N.Məhərrəmli deyib ki, bu məsələdə gündəmdədir: "Biz bu məsələni qaldırmışıq. 2014-cü ildə bu məsələnin müsbət həll olunacağını gözləyirik".

***
Nuşirəvan Məhərrəmli AzNews.az-a açıqlamasında Azərbaycanda yeni televiziya və radio kanalının açılması ilə bağlı təkliflərin olduğunu deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı MTRŞ-ya təkliflər var və hazırda bu təkliflər qurumda dəyərləndirilir: 

“Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarının keçirilməsinə qədər bu kanalların açılması gözlənilənilir”. 

O qeyd edib ki, ötən il bir radio və televiziya kanalı açılıb. Bu prosses bu il də davam etdirilə bilər: “Açılacaq yeni televiziya və radio kanalının hansı adda fəaliyyət göstərəcəyini qabaqcadan deyə bilməyəcəyəm. Lakin kanal regionların birində açıla bilər”.