Azərbaycanı tanıdan ən yaxşı internet resurs hansıdır? - Fotolar

azerbaycani-tanidan-en-yaxsi-internet-resurs-hansidir-fotolar
Oxunma sayı: 1017

Təbii ki, müsabiqədə iştirak etmək istəyən hər bir kəs, xüsusilə xarici ölkə vətəndaşları ölkəmizi kifayət qədər tanımaq üçün daha çox internet resurslarından yararlanmağa çalışacaqlar. Bəs biz necə, özümüzü tanıtdırmağa hazırıqmı? Elə bu suala cavab tapmaq üçün xüsusi araşdırma apardıq.

Araşdırma zamanı internet məkanında Azərbaycanın tanıtımı istiqamətində reallaşan bir neçə layihəyə göz yetirsək də, bunlar içərisində www.abduyev.com saytının kollektivi tərəfindən yaradılan və elektron ensiklopediya xarakteri daşıyan www.azerbaijans.com saytı diqqətimizi xüsusilə çəkdi.

Həm sosial şəbəkələrdə və mediada doğurduğu əks-səda, həm ziyarətçilərinin sayı, həm də ünvanına gələn rəylərin bolluğu az müddətdə yaranmasına baxmayaraq saytın kifayət qədər tanındığını göstərir.

www.azerbaijans.com saytı 7 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman və ispan dillərində fəaliyyət göstərir. Saytda 68 bölmə, 1400 link var. Bölmələrdə Azərbaycanın tarixi, bu günü, siyasəti, iqtisadiyyatı, turizmi, incəsənəti, coğrafiyası, Avroviziyada iştirakı və s. aid məlumatlar, foto-qalereya, video çarxlar, müxtəlif maraqlı məlumatlar yerləşdirilmişdir. “All you need to know” (Öyrənmək istədiyiniz hər şey) sloqanı ilə yaradılmış saytda bundan əlavə, valyuta məzənnəsi, hava durumu və aviabiletlərin elektron satışı, otellərin rezervasiyası və avtomobillərin kirayəsi də yer alıb. “Yalnız Azərbaycanda” bölməsində dünya ölkələri arasında yalnız ölkəmizə xas olan maddi-mənəvi nümunələr, hadisələr, mətbəx, idman özünəməxsusluğu əks olunub. “Son on ildə” bölməsində isə son on il ərzində ölkə siyasəti, neft strategiyası, uğurlar, yeniliklər və s. haqqında istənilən hər şeyi öyrənmək olar.

Ziyarətçilərin öz təklif və iradlarını bildirməsi üçün isə “Məktublar bölməsi” yaradılıb. Bundan əlavə, saytla əlaqə saxlamaq üçün [email protected] elektron ünvanı da istifadəçilərin xidmətindədir.

Bir sözlə, saytdan hər kəs Azərbaycanla bağlı istənilən sahəyə aid istənilən qədər əhatəli məlumat əldə edə bilər.

Bəs maraqlıdır, aktiv internet istifadəçiləri elektron resursu necə qiymətləndirirlər?


Samir Hüseynov, Şeffeld Universitetinin (Böyük Britaniya) Siyasi Elmlər üzrə Magistrı:

- Dostumdan bu saytın yaranması haqqında məlumatı alanda çox sevindim, ilk tanışlıqdaca bu səhifənin fərqli bir resurs olduğunu hiss elədim. Xaricdə yaşayıb Azərbaycanımızı təbliğ edən vətənpərvər soydaşlarımızın çoxdankı arzusu idi. Çünki vətənimizlə bağlı istənilən sahədə məlumatların 60-dan çox mövzu olaraq 7 dildə bir araya gətirilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bizim işimizi xeyli asanlaşdırdı.Vətənimizin hüdudlarından kənarda yaşayan, lakin ürəyi həmişə Azərbaycanımızla döyünən gənclərimiz adından bu layihədə əməyi keçən hər bir şəxsə minnətdarlığımızı bildiririk.

Tofiq Sadıxov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri:
- Sayt istifadəyə verildiyi gündən tanışam. Çox nəfis və əhatəli hazırlanıb. Düşünürəm ki, bu təkcə xarici ölkələrdən daxil olanlar üçün deyil, elə bizim özümüzə də yararlı bir elektron ensiklopediyadır. Tez-tez beynəlxalq tədbirlərdə iştirak edərkən bizim özümüzə də Azərbaycan haqqında məlumatlar lazım olur. Çox şadam ki, bundan sonra müraciət etməyə mötəbər bir saytımız var...

Faiq Nuriyev, Dokuz Eylül Universitetinin magistrı:
- Türkiyədə təhsil alan bir gənc kimi deyə bilərəm ki, “azerbaijans.com” saytı çox gərəkli bir informasiya mənbəyidir. Təhsil aldığım müddətdə bir vətəndaş kimi mənim ən böyük vəzifəm Azərbaycanı tanıtmaq və ölkəmiz haqqında xarici ölkə vətəndaşlarına məlumat verməkdir. Son 2 ayda sayt bu yöndə mənə çox yardımçı olub. Xarici ölkələrdən olan tələbələr – hansılara ki, mən saytı tövsiyə etmişəm – onlar da öz dillərində bu saytdan istifadə edə bilirlər. Sevindirici hallardan biri də odur ki, sayt həm də türk dilində fəaliyyət göstərir. Bu, bir ilkdir. Mən Türkiyədə təhsil alan tələbə dostlarım adından yaradıcılara minnətdarlığımı bildirirəm və saytın uzun ömürlü olmasını arzulayıram.

İsmayıl Kərimov , SOS Uşaq Kəndləri Azərbaycan Milli Assosiasiyası Gənclər Evi lideri:
- Adətən bir ölkəyə getməmişdən qabaq onun haqqında məlumat almaq ilk addımlardan olur. Belə bir məqamda müasir dövrdə ilk ağla gələn mənbə internet olur. Gedəcəyin ölkədə insanın gündəlik həyatı üçün maraqlı olan bütün informasiyaları bir saytda və ya bir mənbədən toplamaq, demək olar ki, qeyri-mümkün olur. Bu kontekstdə www.azerbaijans.com saytı Azərbaycan haqqında bütün sahələrlə bağlı informasiya əhatə etmək baxımından digər saytlardan fərqlənir. Üstəlik, dil seçimlərinin çox olması daha böyük üstünlükdür. İnfromasiya bu seçimlərin çoxluğu sayəsində daha böyük kütləyə əl çatan olur. Hesab edirəm ki, sayt ölkəmizi tanıtmaq baxımından daha geniş kütlə üçün nəzərdə tutulub. Buna görə təşkilatçıları təbrik edirəm.

Tural Məmmədov, idman jurnalisti:
- Saytı çox bəyəndim. Bu təşəbbüs alqışalayiqdir. Xüsusilə, “Eurosion” ərəfəsində ölkəmiz haqqında məlumatlar turistləri maraqlandıracaq və onlar üçün ilkin mənbə internet olacaq. Bu zaman onlar əsasən beynəlxalq səviyyədə qəbul olunan bir neçə dildə məlumatlar axtaracaqlar. Belədə, bu sayt onlara kömək edəcək. Sayt ölkə idmanı ilə bağlı məlumatlarla da zəngindir.


Səbinə Dəniz, gənc yazar:

- Sayt informasiyalarının sərhədlərinə görə olduqca genişdir. Hiss olunur ki, bu işə böyük zəhmət sərf olunub. 7 dildə bu qədər materialın təqdimatı həqiqətən də təqdirəlayiqdir. Ümid edirəm ki, portal həmvətənlərimizlə yanaşı əcnəbilər üçün də əla informasiya mənbəyinə çevriləcək... Portalda ədəbiyyat bölməsini də bəyəndim. Yəqin ki, saytın daimi istifadəçiləri arasında mən də olacam.

Ülkər Əsədov, mühasib:

Belə bir saytın yaradılmasını televiziyadan eşitmişdim. Daxil oldum və sevindim ki, belə bir saytımız oldu. Saytın dizaynı və mövzuların əhatəliliyi bir-birini tamamlayır. Portalda daim yenilənmələrin getməsi onun dinamikliyi baxımından yaxşı haldır. Ümid edirəm ki, xarici istifadəçilər çox olacaq və onlar Azərbaycan haqqında dünya doğru-dürüst informasiya əldə edə biləcək. Uğurlar arzulayıram.


Ayaz Abışov, “Demokratik Gənclər” İctimai Birliyi, təsisçi

- Müasir dövrümüzdə internetin inkişafı hansı ölkədə olmağından asılı olmayaraq informasiyaya çatımlılığı xeyli asanlaşdırıb. Saytın 7 dildə olması ziyarətçi sayının daha çox olması üçün əlverişlidir. Ölkəmizdə keçiriləcək “Avrovisiya” müsabiqəsi ərəfəsində və ümumiyyətlə, Azərbaycana turist kimi gəlmək istəyənlər ilk növbədə gedəcəyi yerlə bağlı informasiya əldə etmək istiyəcək. Düşünürəm ki, bu sayt gözəl bələdçi ola bilər.


Ramil Zeynallı, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin əməkdaşı:

- Çox sevindirici haldır ki, belə bir sayt fəaliyyətə başladı. Saytın əsas müsbət xüsusiyyətlərindən biri onun 7 dildə olmasıdır. Xüsusilə təqdirəlayiqdir ki, saytda erməni tərəfinin saxtakarlıqlarının ifşa edən və Azərbaycan xalqının başına gətirilən müsibətləri özündə əks etdirən yetərincə məlumatlar vardır. Həmçinin saytda olan foto bölməsində Azərbaycanın bölgələrinin əsrarəngiz fotolarının yer almasını, bir çox unikal, bu günə qədər faktiki olaraq heç yerdə yayımlanmamış foto şəkilləri görmək olar. Bu saytı Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində ən gözəl təbliğat vasitəsi hesab etmək olar. Sayta daxil olan əcnəbilər istədikləri məlumatları buradan əldə edə biləcəklər. Portalın yaranmasında əməyi keçən hər şəxsə öz təşəkkürümü bildirirəm.


Rəşad Əzizov, Sumqayit Futbol Klubunun meneceri:

- Bu saytla tanışam. Etiraf edim ki, Azərbaycan İnternet məkanında ölkəmiz haqqında gördüyüm ən gözəl saytdır. Saytda istədiyin hər mövzu haqqında məlumat var. İstər tarix, istər müasir Azərbaycan, istər Eurovison, siyasət, idman, mətbəx, regionlar və s. Səhifənin 7 dildə aktiv saxlamaq özü böyük əmək tələb edir. Belə səhifələr nə qədər çox olsa, bir o qədər Azərbaycan haqqında dünyanın istənilən nöqtəsində məlumatlı olarlar. Bu sayt “virtual Azərbaycandır” desəm yanılmaram. Bir sözlə, AFƏRİN!


Aynurə Asimqızı, jurnalist:

- Saytı çox bəyəndim. Fikrimcə, bu media orqanını Azərbaycanla bağlı virtual ensiklopediya saymaq olar. Ölkəmizə aid maraqlı sayılan hər şey burda yer alır. Yəni bilmək istədiyini aid olduğu bölmədən tap və öyrən - bu qədər bəsit. Bu saytın fəaliyyətinin daim davam etməyini çox istəyərdim.

www.azerbaijans.com saytının facebook səhifəsi:
burada