Azərbaycanlı qadın Ermənistan tərəfə keçib? - Yenilənib

azerbaycanli-qadin-ermenistan-terefe-kecib
Oxunma sayı: 23412

Bü gün Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Armen Kaprielyan qeyd edib ki, Z.Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.

“İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.

Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.

***

Tovuz rayonu Yanıqlı kəndinin tabeliyində olduğu Polis Bölməsindən APA-ya bildirib ki, polisə qeyd olunan məsələ ilə bağlı heç bir məlumat daxil olmayıb. Polisdən Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxsin Yanıqlı kəndində yaşamadığı bildirib.

***

Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov da Report-a bildirib ki, bu xəbərlər həqiqəti əks etdirmir: “Tovuz rayon Yanıqlı kəndində bu adlı, soyadlı sakin yoxdur. Erməni mediasında adı yazılmış şəxsin atasının adı da uydurma olması ilə diqqət çəkir”.