“Azeri Light” bir az da bahalaşdı

azeri-light-bir-az-da-bahalasdi
Oxunma sayı: 1075

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0.84% artaraq 69.48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 68.90 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.