Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu

azyasli-6-ayliq-qardasinin-olumune-sebeb-oldu
Oxunma sayı: 3052

Goranboyda 6 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.

Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.