Bakı-Sumqayıt yolundakı tıxacla bağlı rəsmi açıqlama - Foto

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı rəsmi açıqlama
Oxunma sayı: 10112

Bakı-Sumqayıt yolunda ciddi tıxac yaranıb. Bölgələrdən avtomobillərin şəhərə buraxılmadığı, Bakı, Sumqayıt və Abşeronda şəxsi maşınla küçəyə çıxmağın məhdudlaşdırıldığı bir məqamda tıxacın yaranması marağa səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu sıxlıq zərurət olmadan evdən çıxan şəxslərlə bağlıdır: “Xəbərdarlıq olunmasına baxmayaraq, bir çox şəxs ehtiyac olmadığı halda şəxsi maşınla evdən çıxır. Şəhərin bir çox yerində və Bakı-Sumqayıt şossesində də postlarda yoxlamalar aparılır. Evdən çıxmaq icazəsi olmayan və zərurət olmadan evdən çıxan şəxslər əks yola yönləndirilərək geri qaytarılır. Buna görə də yolda sıxlıq yaranıb.

Vətəndaşlara bir daha müraciət edirik ki, virusun yoluxma və yayılma riskini nəzərə alaraq zərurət olmadığı halda evdən çıxmasınlar”.

Azərbaycanda xüsusi karantin dövründə hansı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilməsi ilə bağlı məlumatı bu linkdən əldə edə bilərsiz. 

Murad Əhməd




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi