Bakıda qadınları fahişəliyə cəlb edən şəxsə görün hansı cəza verildi

bakida-qadinlari-fahiseliye-celb-eden-sexse-gorun-hansi-ceza-verildi
Oxunma sayı: 12298

 

“Qafqazinfo”nun məlumatına görə, haqqında cinayət işi açılmış Natiq Əskərli Nərimanov rayon Məhkəməsinin hökmü ilə cərimə edilib və o, sərbəst buraxılıb.

Məhkəmə hökmü ilə N.Əskərli 3 min manat cərimə edilib.

Qeyd edək ki, N.Əskərlinin əməlləri keçən il noyabrın 14-də Daxili İşlər Nazirliyinin  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb, ona Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb.

19 yaşlı N.Əskərli Hacıqabul şəhər sakinidir.

 Elçin Əhliman