BANM-in 4 tələbəsi “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb - Foto

banm-in-4-telebesi-heyder-eliyev-adina-teqaud-e-layiq-gorulub
Oxunma sayı: 1327

Bakı Ali Neft Məktəbinin (BANM) 4 tələbəsi “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, təqaüd alacaq şəxslər bunlardır:

- Faiq Əliyev - Kimya mühəndisliyi, 5-ci kurs;

- Çingiz Hacıyev - Kimya mühəndisliyi, 4-cü kurs;

- Zahid Abdullayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 3-cü kurs;

- Röya Qasımova - Biznesin idarə edilməsi, 3-cü kurs.

Qeyd edək ki, bu təqaüd Prezident İlham Əliyevin Sərəncamı ilə bakalavriat səviyyəsində əyani təhsil alan və yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.