“Bayer” “Qarabağ”la oyun üçün iştirak ərizəsini təqdim etdi

bayer-qarabagla-oyun-ucun-istirak-erizesini-teqdim-etdi
Oxunma sayı: 1907

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Bayer” (Leverkuzen) klubu bu matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. “Qafqazinfo” xəbər verir ki, siyahıda 31 oyunçu yer alıb. 

Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pierrot İnkapiyer, Conatan Tah, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;

Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virtz, Ezekiel Palasias, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir;

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifeys, Adam Hlozek, Ken İzekor, Noa Peş.

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.