Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində olub.
Belə ki, idarəetmədən çıxan “KIA” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Qəzada avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov



Son xəbərlər
Son Xəbərlər