Ev heyvanlarının klonlaşdırılması məşhurlar arasında sürətlə populyarlaşır və bu sahədəki etik mübahisələr yenidən gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, daha əvvəl Barbra Streisand və Paris Hilton kimi məşhurlar tərəfindən istifadə olunan klonlama xidmətləri keçmiş NFL ulduzu Tom Bredinin 2023-cü ildə vəfat edən itini klonlaşdırması ilə yenidən diqqət mərkəzinə düşüb.
Hollivud və idman dünyasında yayılan bu trend yüksək qiymətinə baxmayaraq, sahiblərinə itlərini yenidən görmək imkanı vəd edir. Tom Bredi isə yeni iti Cunienin Luanın klonu olduğunu açıqlayıb və Cunieni “elmi təcrübə deyil, ailənin bir hissəsi” kimi təqdim edib.
İtlərin klonlaşdırılması üzrə tanınmış “Viagen” şirkəti Edinburqdakı Roslin İnstitutunun texnologiya lisenziyalarına sahibdir. “Dolly” adlı ilk klon qoyunu istehsal edən şirkət it klonlaşdırması üçün 50 000 ilə 85 000 dollar arasında ödəniş tələb edir. Şirkət bu yaxınlarda genetik tədqiqat firması “Colossal” tərəfindən alınıb.




Son xəbərlər
Son Xəbərlər