Davudoğlu sonuncu səfərində özəl təyyarəsiz qaldı - THY-dən kirayələdi

davudoglu-sonuncu-seferinde-ozel-teyyaresiz-qaldi
Oxunma sayı: 7237

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa edən baş nazir Əhməd Davudoğlu mayın 7-də sonuncu dəfə rəsmi səfərə gedib.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Bosniya – Herseqovinada Fərhadiyə məscidinin açılışında iştirak etmək üçün yola düşən baş nazirin səfərində maraqlı detal üzə çıxıb. Belə ki, bütün rəsmi səfərlərə şəxsi təyyarəsilə gedən Davudoğlu bu dəfə Türk Hava Yollarından (THY) kirayələnmiş təyyarə ilə səfərini gerçəkləşdirib.

Baş nazirə yaxın mənbələrdən verilən məlumata görə, “TC-TUR” təyyarəsi Bosniya-Hersoqovina hava limanında texniki problemlərə görə eniş edə bilmir. “TC-ANA” təyyarəsi isə parlamentin sədri İsmayıl Qəhrəmanın istifadəsinə verilib. Buna görə də Ə. Davudoğlu THY-dən kirayələnən 160 nəfərlik təyyarə ilə səfərə gedib.