Davudoğlunun əlindəki sarğının səbəbi açıqlandı - Foto

davudoglunun-elindeki-sarginin-sebebi-aciqlandi
Oxunma sayı: 14816

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa edən baş nazir Əhməd Davudoğlu mayın 7-də sonuncu dəfə rəsmi səfərə- Bosniya-Hersoqovinaya gedib.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Bosniya – Herseqovinada Fərhadiyə məscidinin açılışından sonra çıxış edən baş nazirin əlinin üzərindəki sarğı marağa səbəb olub.

Baş nazirə yaxın mənbələrdən verilən məlumata görə, Davudoğlu baş nazir və AKP-nin sədri vəzifələrindən istefa edəcəyini açıqlayandan sonra Konyaya səfəri çərçivəsində vətəndaşlarla çox əl-ələ görüşdüyü üçün əlini zədələyib və buna görə də onun əlinə sarğı qoyulub.