Elnur Hidayətoğluna TƏBİB-də vəzifə verildi

elnur-hidayetogluna-tebib-de-vezife-verildi
Oxunma sayı: 4766

Jurnalist Elnur Hidayətoğlu yeni vəzifəyə təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri olub.

Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovadır.

Departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbələri fəaliyyət göstərir.