Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət edib - Fotolar

erdogan-ilham-eliyevi-qizinin-toyuna-devet-edib
Oxunma sayı: 9475

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün baş tutacaq qızı Sümeyyanın toy mərasiminə bir sıra ölkə liderlərini də dəvət edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Ərdoğanın ötən həftə şəxsən telefonla əlaqə saxlayaraq liderləri toya dəvət etdiyi bildirilir.

Məlumata görə, toy mərasiminə dəvətlilər arasında 5 ölkənin dövlət lideri var. Pakistanın baş naziri Navaz Şərif və onun qardaşı Şahbaz Şərif bu gün ailə üzvləri ilə İstanbula yola düşüblər. Bundan başqa, Ərdoğanın Azərbaycan dövlət başçısı İlham Əliyevi, o cümlədən Qatar şeyxi Tamim bin Hamad əl Tanini həyat yoldaşı ilə birgə qızının toyuna dəvət etdiyi bildirilir.

Qeyd edək ki, artıq Türkiyə mediası Ərdoğanın qızının prezident sarayından çıxarkən toy kortejindəki ilk fotolarını yayımlayıb.