Ermənilərin müharibədə atdığı mərmi partladı, çoban öldü

ermenilerin-muharibede-atdigi-mermi-partladi-coban-oldu
Oxunma sayı: 2625

Yevlax sakini partlayış nəticəsində həlak olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, rayon sakini olan çoban, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlax rayonunun Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.

İlkin ehtimala görə, həmin hərbi sursat Vətən Müharibəsi dövründə ermənilər tərəfindən atılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov çoxsaylı qəlpə yarası alması nəticəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.