Ermənistandan növbəti həyasızlıq - “Eurovision”da + Video

ermenistandan-novbeti-heyasizliq-
Oxunma sayı: 11547

İşğalçı Ermənistan “Eurovision”da daha bir təxribata əl atıb.

“Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, bu axşam yarışmanın final mərhələsinin keçirildiyi “Globen-Arena”nın üzərində kiçik bir təyyarə görünüb. Həmin təyyarədə təxribatçı ölkənin yarışmadakı təmsilçisi İveta Mukuçyana və tanınmayan, Qondarma Dağlıq Qarabağa dəstək plakatı asılıb.

Plakatın üzərində “Karabach-İveta” yazılıb.

Qeyd edək ki, İveta Mukuçyan yaddaşlarda ifası ilə yox, məhz belə təxribatçı, absurd iddiaları ilə qalıb. O, daha öncə yarımfinal mərhələsində “DQR”in “bayrağ”ını qaldırmışdı.

Avropa Yayım Birliyi bir daha bənzər hal təkrarlanarsa Ermənistanın yarışmadan kənarlaşdırılacağını açıqlamışdı.