“EuroHome”un qarşısında bədbəxt hadisə, iki tələbə öldü - Video+Yenilənib

eurohomeun-qarsisinda-bedbext-hadise-iki-telebe-oldu
Oxunma sayı: 24737

Bu gün yanan “EuroHome” tikinti materialları bazarının qarşısında bədbəxt hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, axşam saatlarında yolu keçmək istəyən iki piyadanı maşın vurub. Onların hər ikisi vəfat edib.

Ölənlərdən birinin qadın, digərinin isə kişi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində meyitlərə baxış keçirir.

***

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Murad Əhməd