“Fənər” “Qara qartal”ı “qaralar”la keçdi

fener-qara-qartali-qaralarla-kecdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. Son turda meydanı xalsız tərk edən hər iki tərəf oyuna istəkli başlayıb. Çox keçmədən ev sahiblərinin “qaradərili” müdafiəçisi Yobo hesabı açıb. Oyunun son dəqiqələrində isə “Fənər”də ilk oyununa çıxan yeni transfer Musa Sou fərqlənib. Beləliklə, afrikalı futbolçuların qolları “sarı-lacivərdlilər”ə qələbə gətirib. “Beşiktaş” isə ardıcıl 3-cü oyunda məğlubiyyətlə barışıb.

"Mersin İdmanyurdu" - "Sivasspor" - 1:5
Qollar: Karakas, 8 (0:1), 56 (1:3), Kılıç, 49 (0:2), 63 (1:4), Tisdell, 50 (1:2), Raynoç, 90 (1:5)
"Kayserispor" - "Gənclərbirliyi" - 2:3
Qollar: Dəmir, 27 (0:1), Troisi, 45 (1:1), Tum, 57 (1:2), Riveros, 71 (2:2), Zeç, 90 (2:3)
"Bursaspor" - "Orduspor" - 0:0
"Fənərbaxça" - "Beşiktaş" - 2:0
Qollar: Yobo, 14 (1:0), Sou, 90+1 (2:0)

Ceyhun Əhmədov