“Fənərbaxça” qalmaqallı oyunda çətin qələbə qazandı - Video

fenerbaxca-qalmaqalli-oyunda-cetin-qelebe-qazandi
Oxunma sayı: 1480

Türkiyə Super Liqasında 22-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Başakşehir”in qonağı olub.

Qarşılaşma İsmail Kartalın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, matç kifayət qədər qalmaqallı keçib. Meydan sahibləri 2 qırmızı vərəqə alıb. Son dəqiqələrdə verilən penalti isə müzakirələrə səbəb olub. 

Xallarını 57-yə yüksəldən “Fənərbaxça” çempionatın lideridir. 27 xalı olan “Başakşehir” isə 11-ci pillədə qərarlaşıb.

“Başakşehir” – “Fənərbaxça” 0:1

Qol: Mişi Batşuayi, 90+4 (pen)