Gimnastlarımız beynəlxalq turnirdə bürünc medal qazandı

gimnastlarimiz-beynelxalq-turnirde-burunc-medal-qazandi
Oxunma sayı: 1149

Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Gimnastika Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Millimizin heyətində gənc gimnastlar- Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı yer alıb.