“Həkimlər koronavirusla mübarizədə ölsələr, şəhiddirlər” - Allahşükür Paşazadə

hekimler-koronavirusla-mubarizede-olseler-sehiddirler
Oxunma sayı: 4941

"Koronavirusla mübarizə aparan həkimlərə mücahid deyərdim. Elə bil ki, onlar bizim qoşunlarımızdır". 

"Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə Real TV-yə müsahibəsi zamanı deyib.

A.Paşazadə bildirib ki, bu gün həkimlərimiz koronavirus kimi düşmənə qarşı mübarizə aparırlar:

"Deyərdim ki, həkimlər bu gün sərhəddədirlər, düşmənlə vuruşurlar. Koronavirusun qarşısını almaq üçün hansı insanlar zəhmət çəkirlərsə, başda həkimlər olmaqla, əgər dünyasını dəyişirsə, mən elə hesab edirəm ki, şəhiddirlər. Onlar bizim üçün canlarını qurban verirlər. Həkimlərin qədrini bilməliyik".