İbrahim Məmmədovdan sərt Almaniya - Açıqlaması

ibrahim-memmedovdan-sert-almaniya
Oxunma sayı: 6115

AzTV-nin keçmiş aparıcısı İbrahim Məmmədov Almaniya parlamentinin “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə özünəməxsus reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, bir vaxtlar dövlət televiziyasında Almaniya ilə bağlı hazırladığı xəbərlər, reportajlara görə tənqid olunan aparıcı onu tənqid edənlərə müraciət edib:

“Almaniyanın "incə könlünü qırdığıma", "Mersedeslər ölkəsini" tənqid etdiyimə görə məni təhqir edənlər indi haradadır? Alman aptekindən aldığınız yüksək keyfiyyətli dərmanlarla bu yaranı sağalda bilərsinizmi? Başa düşmək lazımdır ki, vətənlə müqayisədə başqaları müvəqqəti, vətən isə əbədidir! Vətən kiçik, gücü az olanda onu atmırlar. Təhqir olunsan da, uduzsan da onu müdafiə edirsən”.

Qeyd edək ki, İ.Məmmədov hazırda “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini olaraq çalışır.