İlham Əliyev açılış etdi - - Fotolar

ilham-eliyev-acilis-etdi-
Oxunma sayı: 4710


Bu gün paytaxtda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Onlar Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır.  Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə işçiləri ilə görüşüb.