Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda klassik avtomobillərin yürüşü keçirilib."Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak ediblər.
Klassik avtomobillərin yürüşü paytaxt Bakıda Azərbaycan Avtomobil Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açılacaq sərgi çərçivəsində keçirilib.
Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanına göndərə bilərlər.
Son xəbərlər
Son Xəbərlər