Reytinq cədvəlində 4 azərbaycanlı iş adamının da adı var. Belə ki, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 13.6 milyard dollarla 7-ci yerdədir. Xatırladaq ki, hələ ötən il Ələkbərov özünün bütün səhmlərini yeganə oğlu Yusifə bir şərtlə vəsiyyət etmişdi ki, oğlu bu səhmləri sata və bölə bilməz. Məqsəd isə şirkətin daha uzun illər stabilliyini təmin etmək idi.
Növbəti 56-cı pillədə 1,8 milyard dollarlıq sərvətlə “Krokus Siti”nin rəhbəri Araz Ağalarov gəlir. AST şirkətlər qrupunun prezidenti və atasının şərəfinə adlandırdığı Türkiyədə yerləşən “Mardan Palace”nin sahibi Telman İsmayılov 0,75 milyard dollarla 137-ci yerdədir.
Rusiya prezidentinin yaxın dostu kimi tanınan iş adamı İlham Rəhimov isə 0,5 milyard dollarla sıralamada 187-ci pillədədir.
Qeyd edək ki, İlham Rəhimov 2012 və 2013-cü ildə Rusiyanın ən varlı 200 biznesmeninin yer aldığı siyahıya düşə biilməmişdi.
Son xəbərlər
Son Xəbərlər