İnsanlara yalan vədlər verib 57 min manatını almışdı - Saxlanıldı

insanlara-yalan-vedler-verib-57-min-manatini-almisdi
Oxunma sayı: 4506

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara 57 min manat ziyan vuran şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb.

Həmin şəxs bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.

Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 57 000 (əlli yeddi min) manat pulunu ələ keçirilib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Zəkəriyyə İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib.