İran İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıq etməkdə təqsirləndirilən Babək Şahbazini edam edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, İsrail lehinə casusluq etməkdə təqsirli bilinən Şahbazi bu gün səhər saatlarında edam olunub.
Məlumata görə, o, İranın məlumat mərkəzləri, eləcə də təhlükəsizlik qurğuları haqqında məxfi məlumatları toplayaraq İsrail kəşfiyyatına ötürüb.
Son xəbərlər
Son Xəbərlər