İranın neft kəmərində partlayış - Ölənlər və yaralananlar var

iranin-neft-kemerinde-partlayis
Oxunma sayı: 2005

İranın İlam vilayətinin Dehloran şəhərində “Çeşmə-ye xoş” neft kəmərində partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Partlayışın Şuş şəhərindən 20 kilometr məsafədə yerləşən neft kəmərində baş verdiyi qeyd olunur.