İşdən çıxarılan generalın yerinə yeni təyinat

isden-cixarilan-generalin-yerine-yeni-teyinat
Oxunma sayı: 8835

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.