“Qafqazinfo” xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında keçmiş baş prokuror İxtiyar Şirin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onun da qohumlarının iştirak etdiyi dava ilə bağlı yazılanlara münasibət bildirərkən qeyd edib. İ.Şirin qeyd edib ki, onun qohumları olan iki şəxs həmçinin başqa vəzifəli nazirlərin qohumudur: "Hadisə barədə qohumlarımın valideynləri də xəbərsizdir. O biri tərəf 6-7 nəfər olub. Günahkar da, zərərçəkən də bəllidir".
Xatırladaq ki, dekabrın 25-i gecə saatlarında Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayan mübahisə Bakıda da davam etdirilib. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir.
Hava limanının dayanacağında saxlanan maşınlarının götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub. Məlumatlara görə, kütləvi davaya qatılanlar ölkənin tanınmış məmurlarının övladlarıdır. Hava limanının mühafizə polisi və hətta gömrük əməkdaşları da davaya müdaxilə edib.
Davanın iştirakçıları arasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun kürəkəni olan, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinin oğlu da da olub.
Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin isə Müdafiə Nazirliyində çalışdığı deyilir.
Son xəbərlər
Son Xəbərlər