Kamilə Babayeva ATV-dən gedib? - Fotolar

kamile-babayeva-atv-den-gedib
Oxunma sayı: 9882

“Belə yaxşıdır” verilişinin aparıcısı, “5-ci element” layihəsinin simalarından biri olan Kamilə Babayeva ATV ilə əməkdaşlığa son qoyub.

Qafqazinfo” primetime.az-a istinadən xəbər verir ki, teleaparıcı bundan sonra Xəzər TV ekranlarında tamaşaçı görüşünə gələcək.

Yeni mövsümdən yayımlanacaq proqramın adı hələ ki, gizli saxlanılır.

***

Məsələ ilə bağlı "Qafqazinfo" Kamilə Babayeva ilə əlaqə saxlayıb.

"İndi hər kəs nə gəldi yazır. Bu barədə məlumatsızam. Kanaldan gedəcəyim, və ya qalacağım barədə dəqiq qərar verməmişəm. Yəni, yayılan xəbərlər barədə məlumatsızam", -deyə teleaparıcı açıqlamasında bildirib.