Keçmiş xanımına yenidən elçi getdi - Fotolar

kecmis-xanimina-yeniden-elci-getdi
Oxunma sayı: 6136

Türkiyənin pop ulduzu Sinan Akçıl və aktrisa-model Burcu Kıratlı yenidən evlənmək üçün hazırlıqlara başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə kiçik bir mərasimlə evlənəcək cütlüyün şahidləri Türkiyə daxili işlər naziri Süleyman Soylu və məşhur sənətçi Sibel Can olacaq.

Sinan Akçıl adət-ənənələrə uyğun olaraq yenidən Burcunu istəməyə gedib. “Hə” məclisində üzüklər taxılıb, nağara-zurna qrupu ilə əyləncə təşkil olunub.

Xatırladaq ki, Sinanla Burcu 2018-ci ildə Amsterdamda ailə qurub. Cütlük nikahdan doqquz ay sonra boşanıb.