Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevin Beyləqana səfərinə dair video paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, birinci xanım instagramdakı “firstvicepresidentazerbaijan” hesabından bütün beyləqanlılara təşəkkürünü çatdırıb:
“İnsanların böyük sevgisi prezidentimiz üçün ən yaxşı güc mənbəyidir. Bütün beyləqanlılara prezidentə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirirəm”.
Son xəbərlər
Son Xəbərlər