“Mən çox sevindim ki, bu dəfə Rövnəq Abdullayevlə oturmadım...” - Müsahibə

men-cox-sevindim-ki-bu-defe-rovneq-abdullayevle-oturmadim-musahibe-
Oxunma sayı: 1171




“Onlar qorxurlar ki, Məhhərəm Əliyev yenidən hüquq-müharizə oranlarında yüksək posta təyin olunar və bunların zibillərini açmaqda davam edər. Qoy narahat olsunlar, lap lazımdırsa dəli olsunlar. Bu ölkənin hər şeyi görən və analiz edən bir prezidenti var”

Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsi

- 2011-ci il başa çatdı. Ötən illə bağlı həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ölkə daxilində müxtəlif səviyyələrdə dəyərləndirmələr aparılır. Mən istəyirəm ki, 2011-ci ilin yekunlarına Siz də münasibətinizi açıqlayasınız. Necə keçdi 2011?
- 2011-ci il Azərbaycan üçün ən uğurlu illərdən biri oldu. Mən deyərdim ki, təkcə ötən ili müstəqillik qazandığımız vaxtdan bəri yaşadığımız bütün illərə bərabər bir il hesab etmək olar. Çünki 2011-ci ildə Azərbaycan çox böyük uğurlara imza atıb. Ölkə öz böyük planlarını həyata keçirmək baxımından irəliləyişlərə nail olub. Hər şeydən əvvəl “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi olmağımız Azərbaycana böyük avantaj gətirib. Azərbaycan adı qeydsiz-şərtsiz bütün ölkələrdə çəkilib. Bu uğuru eyni səviyyədə xarici siyasət sahəsinə də aid etmək olar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv dövlət seçilməsi, dünyanın 155 ölkəsinin lehimizə səs verməsi diqqət ediləsi mühüm məqamdır. Cənab prezidentin yeni il təbrikində vurğuladığı kimi bu hadisə Azərbaycanın müstəqillik qazandıqdan sonra qazandığı ən böyük qələbədir.
Eyni zamanda, sosial-iqtisadi sahədə də uğurlarımız çox oldu. İstifadəyə verilən yollar, Azərbaycanın daxilindəki tikinti-quruculuq işləri hər kəsin diqqətini çəkir. Biz bəzən bu işləri Bakıda yaşadığımız üçün daha yaxşı hiss edə bilmirik, ancaq kənardan gələnlər dərhal müsbət dəyişikliyə reaksiya verirlər.
Mən həmçinin hər il olduğu kimi, ötən il də idman sahəsində qazandığımız uğurları vurğulamaq istərdim. Yəni, bax bütün bunları Azərbaycan üçün böyük uğur saymaq olar.

- Bəs Siz ötən il hansı uğursuzluqları görübüsünüz?
- Bəzi məsələlər var, lakin bunları bütövlükdə Azərbaycanın uğursuzluqları kimi qəbul etmək olmaz. Hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin ötən il də həll edilməməsi təəssüf doğurur. Bəlkə də hansısa irəliləyiş var, lakin biz bunları bilmik. Ancaq reallıq onu deməyə əsas verir ki, aparılan danışıqlar nəticə verməyib. Bundan başqa, ötən il yazıçı-publisist Rafiq Tağının qətli pisləniləcək hadisə idi.

- Axı ötən il həm də çoxlu sayda etiraz aksiyaları, bu aksiyalarda həbs edilənlər olub. Bunlar barədə bir söz demək istəmirsiniz?
- Müxalifətlə bağlı mənim fikrim dəyişməyib. Əgər Azərbaycanda özünü müxalifət lideri adlandıran beş adam bir yerə yığışa bilmirsə, onlar hələ də öz aralarında bir-birlərinə müxalifətçilik edirlərsə biz niyə belələrindən danışmalıyıq? Təsəvvür edin, neçə illərdir bu müxalifət liderləri ancaq bu şüarı səsləndirməkdədirlər – “Müxalifət lideri mənəm, digərini müxalifət lideri saymıram, mənim ətrafıma daha çox narazı yığışıb” və.s.Onlar bu gün birləşib yekdil qərara gələ bilmirlərsə, bu müxalifətdən biz hecnə gözləməməliyik. Müxalifətin bugünki addımı hər il beş on gənci yoldan çıxardıb etiraz aksiyasına çıxartmaq və onları həbs etdirib, bunun müqabilində qazandıqlarını xımır-xımır yeməkdən ibarətdir. Mən dəfələrlə demişəm, Azərbaycan nə ərəb ölkələri, nə Gürcüstan, nə də Rusiya deyil. Azərbaycanın adını sadaladığım ölkələrdən fərqli bir imici, siyasəti var. Parlament seçkisində bircə yer qazana bilməyən insanlar prezident seçkilərində uğur qazanacağından danışanda sən axı nə düşünə bilərsən?

- Düşünürsüz ki, indidən prezident seçkilərinə hazırlıq başlayıb?
- Müxalif düşərgədə təbii ki bu hazırlıq var. Çünki onlar 5 illik “zapas”larıını xərcləyib qurtarıblar və indidən növbəti 5 ili necə yola verəcəklərini, nə əldə edəcəklərini fikirləşirlər. Səs-küy salmaqla, qrant almaqla, nə bilim müxtəlif yollar var ki, onlar bizdən yaxşı bilirlər, bu üsullarla üzdə olmağa çalışırlar.

- Adil müəllim, keçən il dünyanın müxtəlif ölkələrində böyük hadisələr baş verdi. Bəzi ölkələrdə hakimiyyət dəyişikliyi oldu, diktatorlar devrildi. Praqnozlar var idi ki, bu proseslər Azərbaycanda da baş verə bilər. Düzdür bu hələki olmayıb...
- Bir dəqiqə, hələlik olmayıb yox, ümumiyyətlə olmayacaq. Biz sivil, müasir texlogoyaların tətbiq olunduğu ölkədə yaşayırıq, hər bir insanın ictimaiyyət qarşısında dediyinə internet vasitəsi ilə qaldırıb baxmaq olar. Bu gün şəxslər, adlarını politoloq, müxalifətçi, lider qoyan insanlar öz dediklərinə, proqnozlarına özləri bir baxirlarmı görəsən? Onlar demək olar ki, hər il təxminən bu fikri səsləndirirlər – “Bu il hakmiyyətin sonudur, iqtidar çapalayır nəbilim nə”. Qardaş, ayıbdır vallah. Müxalifət qəzetlərini əlinə götürüb baxanda fikirləşirsən ki, dünya dağılacaq. Ümumiyyətlə, baxıb bir analiz edirlərmi, dediklərindən utunırlarmı proqnozları doğrulmayanda? Onlar axı nəyə görə özlərini Nostradamus, Vanqa kimi aprarırlar?

- Ama gözlənilməz hadisələr də baş verir.
- Axı bunların dediyi nə baş verib, mümkünsə birini mənə misal kimi də deyin.

- Məsələn, Siz bir il qabaq gözləyirdinizmi ki, Liviyada Qəddafi devriləcək?
- Təbii ki, gözləmirdim. Mən Liviya ilə maraqlanmadığım üçün gözləmirdim də. Əgər maraqlansaydım, Liviyanın daxilində gedən prosesləri izləsəydim, fikirlərimi də deyə bilərdim.

- Amma Siz öz ölkənizlə maraqlanırsız. Seçki ərəfəsində bu hadisələrin Azərbaycanda ola biləcəyi də proqnozlaşdırılır.
- Qardaş, mən yenə də deyirəm ki, onlar kimi proqnoz verən deyiləm. Amma mən əminliklə deyə bilərəm ki, bizim uğurlu illərimiz hələ çox davam edəcək. Bu gün 2015, 2020- ci illər üçün nəzərdə tutulmuş layihələr var. Bu layihələrin hamısı tədricən həyata keçəcək və biz sizinlə bunlsrın şahidi olacağıq. Heç bir dalğa, heç bir iğtişaş Azərbycanın uğurlarına kölgə sala. Onun qarşısını ala bilməz.

- Siz Milli Məclisdə MDB Parlamentlərarası Assambleyanın üzvüsünüz. Tez-tez Rusiyada işgüzar səfərlərdə olursunuz. Rusiyada baş verənlər haqqında nə deyə bilərsiniz?
- Rusiya ilə Azərbaycanı müqayisə etsək, Azərbaycanın bugünki durumu Rusiyadan qat-qat üstündür. Həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan böyük fərqlər var. Rusiyanın öndə gedən 2 şəhəri var Moskva və Sankt Peterburq. Qalan şəhərlərin hamısı pis vəziyyətdədi. Rusiyanın yolları çox bərbaddır. Bu yollar düzəlsə belə, ölkənin təbiətinə görə bir il çəkmir ki, dağılıb gedir. Rusiyadakı siyasi vəziyyət də ağırdır. Amma buna baxmayaraq, Medvedyev və Putinin hakimiyyəti kiməsə, ağılsız Jirnoviskiyə qulaq asıb, Rusiyanı elə-belə əllərə vermələri cinayyət olardı. Bu sözü Azərbaycana da aid edirəm. Azərbaycanı kimə etibar edək? Hansı müxalifət liderinə? Bugünə hər kəsin işi olubsa göz qabağındadı. Hasnsının səviyyəsi bir qədər üstündür çıxıb desin ki, mən İlham Əliyevdən şox iş görəcəm, Azərbaycana bundan çox uğur qazandıra bilərəm. Putin hakimiyyəti ilə Medvedyev hakimiyyəti də həmçinin. Rusiyada 10 min, 20 min, 30 min insanın mitinqə çıxması 150 milyonluq xalq üçün heç nədir.

- Yəni Siz deyirsiniz ki, nə baş verirsə versin, Rusiyada Putin, Azərbaycanda da Əliyev iqtidarı dəyişən deyil, daha doğrusu bu mumkun deyil. Yəqin bu məntiqlə 20013-də İlham Əliyevin namizəd olacağını və qələbə qazanacağını düşünürsünüz.
- Mən istəyirəm ki, İlham Əliyev 2013-cü ildə də namizəd olsun və əminəm ki. bu belə də olacaq. Qləbənin müzakirəsindən isə söhbət belə gedə bilməz. İlham Əliyevin reytinqi hər il artmaqdadır.

- Deyirlər ki, alternativ qüvvələr də ola bilər...
- Alternativ qüvvələr deyəndə, bu gün kimlərinsə müəyyən maraqları var, kimlərsə yeni vəzifələr tutmaq istəyir, kimlərsə daha çəx pul qazanmaq arzusundadırlar. Təbii ki, bu hallar hakimiyyət daxilində də ola bilər. Belələri İlham Əliyevi istəməyənlərdir. İlham Əliyevi istəyən insan öz keçmişinə və bugünki durumuna baxmalıdır. Heç kim deməsin ki, ona babasından külli miqdarda pul qalıb. İştahları artmasın və düşünməsinlər ki, gəlib rəhbərlik edə, qohum əqrabalarını daha çox yerə təyin etdirə, ürəkləri istəyən qədər mənimsəyə bilərlər. Belə insanlar təəssüf ki var. Lakin İlham Əliyev birdir, bütövdür, hamıdan da daha çox qələbəyə layiqdir.

- Milli Məclisə ikinci dəfə seçilməyinizə baxmayaraq, çox az danışırsınız.
- Orada çox ağıllı insanlar əyləşib, mən ad çəkmək istəmirəm. Yaxşı məsləhətlərə qulaq asmaq bütün insanlara, o cümlədən də millət vəkilinə lazımdır. Parlamentdə lazım olan qanun layihəsi ilə bağlı, bizim sahəmizə aid olan və yaxud ərazimizdəki insanların taleyi ilə bağlı olan sənədlərin müzakirəsində fikirlərimizi deyirik. Parlamentə gələn qanun layihəsi mütəxəssislər tərəfindən hazırlanıb, təqdim olunur. Lakin sizin dediyiniz mənada danışmaq hər dəfə sənədlərlə bağlı olmur. Bunu deməkdən çəkinmirəm ki, parlamentdə deputatların 50 faizi adiyyatı üzrə, digər 50 faizi isə sadəcə, populyarlıq naminə danışır. Mən hərbçiyəm, hüquq-mühafizə orqanları, idmanla bağlılığım var və bu sahələr üzrə daimi çıxışlarımı edirəm. Ən azından komitəmizin iclasında fikirlərimi söyləyirəm. Hərbçilərin, hüquq-mühafizə orqanlarında çalışan insanların problemləri ilə bağlı elə bir müzakirə olmaz ki, orada onları müdafiyə etməyim, sosial vəziyyətləri ilə baglı təkliflər söyləməyim. Mən başqa ölkələrlə müqayisə edib öz hərbçilərimizin, idmaçılarımızın həyat şəraiti düzəlsin deyə təkliflərimi irəli sürürəm.

- Kimlə oturursuz indi?
- Rüfət Quliyevlə əyləşirəm.

- Əvvəl kimlə otururduz?
- Keçən seçkidə Rövnəq Abdullayevlə

- İkinizdə bu seçkidə deputatsız. Maraqlıdı niyə bir yerdə oturmadınız?
- Bu dəfə başımız çox qarışıq oldu bu yerlərlə bağlı. Hər seçkidə yeni insanlar gəlir, köhnə insanlar gedir, yerlər boşalır. Biz yer tutmaqda bir az yubandıq və mən bir tərəfdən də çox sevindimki, bu dəfə Rövnaq müəllimdən kənarda oturdum.

- Aha, niyə?
- Çünki, hər dəfə televiziyada Rövnaq Abdullayevlə mənim bir yerdə oturduğumu görən bir çox insanlar sabaısı gün gəlib qəbul otağında tələb edirdilər ki, onların uşaqlarının işi, yaxud hansısa problemləri ilə bağlı ARDNŞ prezidentindən xahiş edim. Mən Rövnəq müəllimdən nə qədər xahiş edə bilərəm ki? İnsan bir adamdan başqasının xaişini bir, ya uzaqq başı ik idəfə xahiş edə bilər. Qayıdıb deməzlər ki, nə qədər olar? Səndən başqa millət vəkili yoxdu? Əgər bu insana 125 deputatın hərəsi 2 söz desə, gərək neft şirkətində ancaq millət vəkillərinin uşaqları işləsin. Xahiş edənlər də düşünmürlər ki, oğlu mütəxəssisdir, neftlə əlaqəsi varmı? Əgər mən 3-cü dəfə seçkilərə getməsəm, məhz bu şəxsi xahişlərlə bağlı olacaq. Doğrudur, mən 1-ci seçkidə 7 min, 2-ci seçkidə 11 min səs qazanmışam. Buda göstərir ki, seçicilərim mənim fəaliyyətimi qiymətləndirib və hətta onların sayı da artıb. Ancaq seçicilər də, anlamalıdırlar ki, deputatın hər bir xahişi yerinə yetirmək imkanı ola bilməz.

- Qardaşınız, general-leytenant Məhərrəm Əliyev Tacikistandan səfir kimi geri çağırılandan sonra mətbuatda xeyli materiallar dərc olundu. Bu yazılarda qeyd olunurdu ki, ona tezliklə hansısa qurumda yüksək vəzifə veriləcək. Bəzi yazılarda isə M. Əliyevin vurulduğunu, buna görə də kimlərəsə qoşulduğunu, kimlərləsə iş birliyi yaratdığını iddia edirlər.
- Məhərrəm Əliyev Azərbaycan ictimaiyyəti üçün tanınmış simalardan biridir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra öz komandasında Məhərrəm Əliyevi görmək istəyib və görüb də. Onu polis sistemində böyük vəzifələrə təyin edib. Ona etimad göztərib, bel bağlayıb. Dövlətin həmin ərəfədə çox çətin dövrü idi. Qardaşım, canıyla, qanıyla cinayətkarlara qarşı mübarizə aparıb. Müharibə aparan bir dövlətin daxilində çəkişmələr varsa, onun uğur qazanmağı mümkün deyil. O dövrlərdən başlayaraq Məhərrəm Əliyev ictimaiyyətin diqqət mərkəzində olub. Məhərrəm Əliyevi sevənlər də var, sevməyənlər də. Sevənlər ona görə sevir ki, Məhərrəm Əliyev gözütox olub, kişiliyi ilə namusu ilə cinayətkarlığa qarşı mübarizə aparıb. Və özünü sevdirə bilib. İstəməyən insanlar isə onun apardığı mübarizənin, ideallarının əksinə gedən insanlar olub. O, öz xarakterinə uyğun olaraq, gördüklərinə susa biləməyib və bu da həmin insanların xoşuna gəlməyib. Yəni ki, mənim br işçim cinayət törədib, digər işçim isə bunu ictimailəşdirir... Bu cür hallar çox baş verib. Qəribədir, bu insanlar barışa bilmirlər ki, onlar bu gün hakimiyyətdədirlər, Məhərrəm Əliyev isə təqaüddə, belə deyək ki, Xarici İşlər Nazirliyinin sərəncamındadır. Lakin Məhərrəm Əliyev evdə otura-otura bu adamların başına dərd olub, xarizması, nüfuzu ilə... Yaxşı ki, M. Əliyevin keçmişdə pis əməlləri olmayıb, cinayyət törətməyib. Yoxsa, əllərinə fürsət düşərdi və onlar gen-bol istifadə edərdilər.
M.Əliyev tez-tez deyir ki, mən sadiqəm. M.Əliyev ona görə başqaları kimi dönük deyiləm deyir ki, biz doğuşdan Əliyevçiyik. Biz kasıbçılığı da görən insan olmuşuq, şükür Allaha bu gün də Azərbaycanda tanınmış ailəyik. O çətinlikləri görən, doğuşdan Əliyevçi olan insan, necə dönə bilər, necə Əliyevlərə qarşı çıxa bilər? Bu gün M. Əliyevin nüfuzunu həzm edə bilməyən insanlar, içi çürük insanlar bu fikirlərə gələ bilər. Biz demişik, yenə də deyirik, biz doğuşdan Əliyevçiyik ölənə kimi də Əliyevçi olacağıq. Bizim başqa simamız yoxdu. M. Əliyevin işi ola da bilər olmaya da. O vəzifə arzusu ilə yatib-durmur. Yəni M. Əliyev deyir ki, bax, bu gün mən işsizəm, amma yenə də Əliyevçiyəm. Yadınızdaırsa o vaxt da rəhmətlik H.Əliyev çıxış edib xalqı meydana çağıranda birinci işsizlər getdi. O, insanların da vəzifəsi yox idi. Yenə çağırış olsa, biz dəmir paltarımızı geyinib çıxacağıq meydana. Biz hərbçiyik, həmişə sırada öz yerimizi tapacağıq. Bu dövlətin, İlham Əliyevin hakimiyyətinin arxasında durmuşuq duracağıq da. M.Əliyevi sevməyənlər İ.Əliyevi istəməyənlərdir. Öz vəzifəsini, öz kapitalını sevən insanlardır. Gəlin bu gun vəzifədə olan və M. Əliyevin haqqında mətbuata müxtəlif məlumatlar ötürən insanların birinin vəzifədən gedəndən sonra özünü necə aparacağını düşünək. İnanın ki, bu adamlar vəzifədən gedən kmi əqidələrini də dəyişəcəklər. Düşünürəm ki, yaxşı ki, Məhərrəm Əliyev vzifədən getdi. İndi hər kəs görür ki, o, elə özünün dediyi kimi həminki Məhərrəm Əliyevdir. Bir əqidəli insandır. Bəzi şəxslərin nüfuzu vəzifəsinə, kresloya bağlı olur. Vəzifəni itirən kimi nüfuz da gedir işinin dalınca. Məhərrəm Əliyev o şəxslərdəndir ki, vəzifədən gedəndən sonra belə öz nüfuzu, xarizmasını qoruyub saxlayır, insanlar, ölkə rəhbərliyi ona hörmətlə yanaşır.

- Özü oxuyur yazılanlar barədə?
- Məhərrəm Əliyev ailəsi, nəvələri ilə məşğuldur. Televiziyaya baxır, qəzet oxuyur. O, bir söz deyir ki, məsləhət olacaq işləyəcəm, olmayacaq hamı kimi yaşayacam. M. Əliyev gecələr rahat yatır, bəziləri kimi külək əsən kimi oyanmır. Fikirləmir ki, qapı taqqıldadı, gəliblər məni aparmağa... Mən ayda, həftədə bir dəfə mətbuatda Məhərrəm Əliyevin haqqında uydurma yazdıran insanalara demək istəyitrəm ki, əl çəkin ondan. O, heç kimə pis insan olmayıb. Bu yazılar sifarişlə yazılır. Zaman gələcək bunlar hamısı qaldırılacaq... Bu yazıları yazanların bilmədiyi çox şeylər var, bəlkə də heş vaxt bilməyəcəklər. Özləri bilsə dərhal utanıb yerə girərlər yazdıqlarına görə...
Əslində mən bu yazıları yazan jurnalistlərdən incimirəm, onları qınamıram da. Mənim sifarişi yerinə yetirənlərə yox, sirafrişi verənlərə yazığım gəlir. Onlar gör nəyin peşindədirlər. Onlar qorxurlar ki, Məhhərəm Əliyev yenidən hüquq-müharizə oranlarında yüksək posta təyin olunar və bunların zibillərini açmaqda davam edər. Qoy narahat olsunlar, lap lazımdırsa dəli olsunlar. Bu ölkənin hər şeyi görən və analiz edən bir prezidenti var. Ölkə başçısı lazım olan anda sözünü deyəcək, qərarını verəcək. Yenə də deyirəm ki, Məhərrəm Əliyev hər şeyi ölkə naminə, dövlət uğrunda, ölkənin başçısına xidmət naminə edib. Onlar isə hər zaman qarınağrısında olublar. Məhz bu qarınağrı həmin adamları əvvəl-axır lazımı yerə aparıb oturdacaq. Məhərrəm Əliyev və onun ailəsi yaxınları isə elə indiki kimi, əbədi olaraq öz əqidələrində qalacaqlar. İnşallah, zaman hər şeyi özü sübut edəcək.
Gəlin, birlikdə bir fakta nəzər salaq. Bu adamların yazdığı son altı-yeddi yazını götürək baxaq və müqayisə aparaq. Ayıbdır vallah. Demək olar ki, bütün yazılarda eyni cümlələr, eyni sözlər, eyni fikirlər. Bunlar gör nə qədər dayazdırlar ki, hər dəfə ayrı-ayrı arqumentlər tapıb belə yaza bilmirlər. Elə eyni şeyləri çeynəyib tökürlər. Məhz bu da onların qərəzli, sifarişli olduğunu göstətir. Axı insanda vicdan, namus, iman deyilən anlayış var. Bu sifarişi yerinə yetirənlər, heç olmasa sifariş aldıqları adamladan xahiş etsinlər ki, onlara hər dəfə yeni “faktlar”,“informasiyalar”, yalanlar uydursunlar yazmağa... Əks halda oxucular hər dəfə eyni şeyləri oxumaqdan iyrənirlər...