Millət vəkili 32 manatlıq telefon alıb – - Çıxış yolu

millet-vekili-32-manatliq-telefon-alib-
Oxunma sayı: 4897


 “Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb. “Mətbuatda guya Milli Məclisə telefonla daxil olmağa qadağa qoyulması barədə xəbər yayılb. Xəbər düz deyil. 2014-cü ilin yanvarın 1-dən Milli Məclis binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq yasaq edildi. Bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika vardır. Parlament binasına sadaladığım finksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa yoxdur. Mən belə bir telefon aparatı (qiyməti 32 manatdır) aldım və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək daxil oluram. Ona görə də binada olarkən də öz mobil telefonumdan istifadə edə bilirəm. Binaya sadalanan funksiyalı telefonla gələnlər o aparatı girişdə təhvil verməlidirlər. Sadə telefon aparatı olanlar isə problemsiz binaya daxil olurlar və aparatlarını təhvil verməyə ehtiyac olmur”.