“Mixaylo” Sloveniyada

mixaylo-sloveniyada-
Oxunma sayı: 723



“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində Nova Qoritsa şəhərinin meri, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, yerli Yazıçılar İttifaqı üzvləri, Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Günel Həsənova, Sloveniya Veteranlar Şurası və Mehdi Hüseynzadənin sloveniyalı veteran döyüşçü dostları qatılıblar.

Azər Xudiyev təqdimatda geniş çıxış edib, ölkələrimiz və xalqlarımız arasında olan dostluğun tarixçəsindən, Mehdi Hüseynzadənin hər iki xalq üçün qəhrəmanlıq rəmzi olduğunu qeyd edib. Daha sonra kitabın yazışısı Peter Amelietti qələmə aldığı romanın məzmunu ilə iştirakçıları tanış edib. Sloven yazar öz çıxışında bu romanın Azərbaycan-Sloveniya əlaqələrinin möhkəmlənməsində mühüm rolundan və hər iki ölkənin gənclərinə vətənpərvərlik ruhunun aşılanmasında müstəsna rolunu vurğulayıb.

Daha sonra qonaqlara qısametrajlı “Onun təxəllüsü Mixaylo idi” sənədli film nümayiş olunub.

Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Günel Həsənova təqdimat gecəsi Mixaylonun döyüş dostları olmuş yerli veteranlarla söhbət aparıb, onlara Azərbaycan xalqı tərəfindən Mehdi Hüseynzadənin necə dərin məhəbbətlə sevildiyini Bakının mərkəzi küçəsində Mixaylonun abidəsinin ucaldığından bəhs edib.